LƏMBLİOZ
Ləmblioz qarın nahiyəsində ağrılar, köpmə, ürəkbulanma və müddətli sulu ishal əlamətləri ilə gedən bağırsaq infeksiyasıdır. Bu xəstəlik dunyada genis yayılmış, xüsusən antisanitar ərazilərdə və çirkli sularda aşkar olunan mikroskopik parazitlər tərəfindən törədilir.
Ləmblioz içməli su ilə yayılan xəstləlilər arasında birincidir. Parazitlər şəhərkənarı su axınlarında və göllərdə, eləcə də üzmə hovuzlarında, içməli su mənbələrində, quyularda aşkarlanır. Ləmblialar insandan insane birbaşa əlaqə yolu ilə və qida maddələri ilə keçə bilər.
bağırsaq infeksiyası
Ləmblia infeksiyası adətən bir neçə həftə ərzində aradan qalxır. Lakin parazit bədəni tərk etdikdən müəyyən müddət sonar belə bəzi həzm sistemi problemləri üzə çıxır. Dərman müalicəsi mümkündür. Profilaktika ən yaxşı müdafiə üsuludur.
SİMPTOMLAR
Bəzi xəstələrdə xəstəlik gizli keçə bilər. belə ki həmin şəxslərdə əlamətlər üzə çıxmır, lakin onlar parazitin daşıyıcısı olurlar. əsasə əlamət və simptomlara aiddir:
- Sulu, bəzən pis qoxulu ishal
- Yorğunluq, halsızlıq
- Qarın nahiyəsində ağrılar və köpmə
- Ürəkbulanma
- Çəkinin itirilməsi
Ləmbliaların SƏBƏBLƏR
Ləmblialar insanların və heyvanların nazik bağırsaqlarında yaşayır. Parazitlər nəcisə keçmədən öncə, parazit sistalaşır. Sista paraziti xarici mühitin zərərli amillərindən qoruyur. Insan və ya hər hansı heyvanın bədəninə keçdikdə isə sistlər həll olur və parazitlər sərbəstləşirlər. İnfeksiya parazitin həzm sisteminə düşməsi ilə başlayır. Bu bir neçə halda mükün olur:
- Çirkli su içdikdə. Ləmbliozun yaranmasının və yayılmasının ən geniş yayılmış yoludur. Ləmblialar göllərdə, gölməçələrdə, çaylarda və digır su mənbələrində aşkarlanır. Torpaq və səth suları heyvan nəcisi ilə, çirkab sularla çirklənə bilər.
- Qida məhsulları ilə. Bu o halda ola bilər ki, qida məhsullarının hazırlandığı yerlərdə çalışanlar şəxsi gigiyena qaydalarına əməl etməsinlər. bunun nəticəsində ləmblialar qida vasitəsi ilə də yayılır.
- Insandan insana kontakt yolu ilə – əgər əllər nəcislə təmasda olarsa. Buna görə uşaq baxçalarında çalışan baxıcılar risk qruplarına aiddir.
RİSK FAKTORLARI
Ləmblioz geniş yayılmış bağırsaq infeksiyasıdır. Buna baxmayaraq bir qrup insanlar daha həssas olurlar:
- Uşaqlar. Ləmblioz uşaqlarda böyüklərdən daha çox rast gəlinir. Uşaqlar gigiyena qaydalarında daha az əməl edirlər. xüsusən körpə uşaqlar xəstəliyə daha çox tutulur. Körpə uşaqlarla bir yaşayanlar və ya onlarla işləyənlər daha çox youxma ehtimalına malikdirlər.
- İçməli su mənbələri olmayan yerlərdə yaşayanlar. Antisanitar su mənbələrindən içmək üçün istifadə edilən yerlərdə ləmbliozun yayılma intensivliyi çoxdur. Həmin yerlərə səyahət edən insanlar da həmçinin risk qruplarına aiddirlər.
AĞIRLAŞMALAR
Ləmblioz demək olar ki heç vaxt olum səbəbi olmur. Lakin bəzi şəxslərdə, xüsusən də körpələrdə və uşaqlarda simptomların gec aradan qalxması və bəzi ciddi ağırlaşmalar baş verə bilər:
- Kəskin ishalın nəticəsi olaraq, dehidratasiya inkiçaf edir və bədən öz funksiyalarını yerinə yetirə biləcək qədər su ilə təmin olunmur.
- Inkişafdan qalma. Ləmbliozun səbəb olduğu xroniki ishal uşaqların fiziki və əqli inkişafının dayanmasına və ya yavaşlamasına səbəb ola bilər.
DİAQNOZ
Ləmbliozun diaqnozunu təsdiqləmək üçün nəcisdən nümunə götürülür və mikroskopik müayinə aparılır. Daha dəqiq olması üçün, xəstədən bir neçə dəfə nümunə götürülür.
Ləmbliaların MÜALİCƏsi
Əgər infeksiyanın yayılma ehtimalı yoxdursa yoluxmuş şəxslərin müalicəyə ehtiyacları olmur, adətən xəstəlik özü aradan qalxır. Ağır hallarda antibiotiklər istifadə edilir: metronidazol, tinidazol, nitazoksanid.